BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb

Birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb

Birinci xanım Mehriban Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb
Bakı, 29 sentyabr 2016
Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı Foruma dəvəti qəbul etdiyinə görə qonağa təşəkkürünü bildirib. Mehriban Əliyeva Forumun nəticələrinin həyata keçirilməsinin qarşıda duran mühüm məsələlərdən olduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakı Beynəlxalq Humanitar Forumunu millətlərarası əməkdaşlıq üçün gözəl format adlandırıb.
Görüşdə Azərbaycan ilə UNESCO arasında mövcud əlaqələr müzakirə olunub.скачать dle 10.4 UTF-8Forex для начинающих