Bu gün Milli Mətbuat və Jurnalistika Günüdür
22 iyul 2025-ci il
Azərbaycanda Milli Mətbuat Gününün yaradılması 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan “Əkinçi” qəzetinin nəşr olunması ilə bağlıdır. 1991-ci ildən Azərbaycanda həmin gün, 22 İyul – Milli Mətbuat Günü kimi qeyd edilir. Quba qəzasının ilk qəzeti “Əxbər” 1921-ci ildən V. Leninin qubalılara hədiyyəsi olan Almaniya istehsallı çap maşınında nəşrə başlayıb. Yarım əsrdən artıq müddətdə Qubadakı bütün qəzetlər həmin maşının köməyi ilə işıq üzü görüb. Qəzet daha sonra “Yeni dirilik”, “Kollektivləşmə yolu”, “Şəfəq”, “Qızıl Quba”, “Quba” adlandırılıb. 1995-ci ildən başlayaraq, qəzet “Şəfəq” adı ilə nəşr olunub.
1930–1959-cu illərdə bu ərazidə mövcud olmuş Qonaqkənd rayonu inzibati vahidində 1935-ci ildə "Sosializm maldarlığı" qəzeti nəşr olunuub. Qəzet 1938-ci ildə "Staxanovçu maldar", 1954-cü ildə isə "Kommunizmə doğru" olaraq ad dəyişib. Həmin qəzetlərin redaksiyası bu yerlərdə məşhur Buduq əsilli Qubalı Qaçaq Mayılın Qonaqkənddə indi də mövcud olan ikimərtəbəli evində yerləşib. Xaçmazın ilk qəzeti 1932-ci ildə partiya və sovet orqanı kimi “Qırmızı Xaçmaz” (indiki “Xaçmaz” qəzeti) adı ilə təsis edilib. Bu qəzet sonralar uzun müddət "Tərəvəzçi" və "Dostluq" adları ilə də çıxıb. Qusarda yerli qəzet ilk dəfə “Sosializm tempi” (indiki “Qusar, КцIар”) adı ilə Hil Rayon Komitəsinin və Rayon İcraiyyə Komitəsinin orqanı kimi 1932-ci ildə fəaliyyətə başlamışdır. İsmayıllıda isə “İsmayıllı xəbərləri” adlı qəzet 2008-ci ildən nəşr olunur. 2001-ci ildə Ulu öndər Heydər Əliyevin sözlərindən: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi”. |
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |











