Son orta əsr arxeologiyamızın ilk tədqiqatçısı17 avqust 2023-cü il
Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. O, Azərbaycanda son orta əsr arxeologiyasının ilk tədqiqatçısıdır. Qafar Cəbiyev 1969-1973-cü illərdə Gəncə Pedaqoji Universitetinin tarix fakültəsində təhsil alıb. Cəbiyev 1973-1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə “Zəhmətkeş” rayon qəzetində məktublar şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 1977-1978-ci illərdə “Bilik” cəmiyyətinin İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan Kommunist Partiyasının İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə “Zəhmətkeş” qəzetində redaktor müavini vəzifəsində işləyib. 1981-1990-cı illərdə Elmlər Akademiyasının Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində çalışıb. Cəbiyev 1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə o, eyni zamanda BDU-nun Şəki filialında dosent kimi pedaqoji fəaliyyətlə məşğul idi. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dörd il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə həmin müddət daha altı il uzadılmışdır. Professor Qafar Cəbiyev tarixi elmləri doktorudur. O, beş monoqrafiya, 100-dən çox elmi, 300-dən çox elmi-publisistik məqalənin müəllifidir. Alimin “Azərbaycan keramikası”, “Bura Vətəndir”, “Girdiman tarixi”, “Muradxan dəfinəsi”, “Orta əsr Ağsu şəhəri” adlı əsərləri var. Qafar Cəbiyev Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. O, həmçinin “Qızıl qələm” və “Humay” mukafatlarının laureatıdır. Cəbiyev 2013-cü ildən Milli Televiziya və Radio Şurasının sədr müavinidir. Qafar müəllim AAK-n tarix və siyasi elmlər üzrə Ekspert Komissiyasının üzvü, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Şura üzvü, Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri və AMİ-nin Elmi Şurasının üzvüdür. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |