BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Nizaməddin Şəmsizadə vəfat etdi

Nizaməddin Şəmsizadə vəfat etdi

24 fevral 2025-ci il

 

Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib. Bu barədə onun ailə üzvləri məlumat verib.

Mərhum alim bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sepsis diaqnozu qoyublar. Yanvarın 23-dən o, süni nəfəs aparatına qoşulub.

 

Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvü olub. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi və pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991), professor (1992) seçilib. 1991-ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Yusif Məmmədəliyev mükafatının (2003) laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

40 gün komada qaldıqdan sonra poliorqan çatışmazlığı səbəbindən vəfat edən professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих