BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Məşhur şahdağlı vəfat etdi

Məşhur şahdağlı vəfat etdi

4 iyun 2024-cü il

 

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynov bu gün Moskvada vəfat edib. Rusiyanın "mk.ru" saytına istinadən xəbər verilir ki, o, 82 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub. Şahdağ xalqlarından olan buduqluların nümayəndəsi idi. Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana" "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən televiziyada fəaliyyət göstərib. 

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1989–1991), Azərbaycan SSR Olimpiya Komitəsinin rəhbəri, Azərbaycan Kommunist Partiyası Bakı şəhər Komitəsinin birinci katibi (1980–1983) vəzifələrində çalışıb. O, 16 avqust 1989-cu ildən 13 sentyabr 1991-ci ilə qədər Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəisi vəzifəsində işləyib.  20 yanvar hadisələrindən az öncə, 1990-cı ildə Moskva ona respublika başçısı olmaq təklifi edib, o isə imtina edib.

1993-cü ildən Moskvada yaşayırdı. 1997-ci ildə Moskvada tanınmış "Rosbalt" informasiya agentliyini yaratmışdı. O, agentliyin Direktorlar Şurasının sədri, eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru idi.

Bir neçə kitabın, o cümlədən "Bir ömürdən çox" memauarının müəllifidir.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих