BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » İlham Əliyevin Türkiyəni şokdan çıxaran səfəri

İlham Əliyevin Türkiyəni şokdan çıxaran səfəri

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri bu ölkənin terrordan sonra çaşqınlıq içində qalmış əhalisini şokdan çıxardı. 

ANS PRESS-ə müsahibəsində bu fikirləri dilə gətirən sabiq dövlət müşaviri, politoloq  Qabil Hüseynli  bildirib ki, Azərbaycan prezidenti belə ağır günlərdə Ankaraya səfər etməklə böyük mütəfəkkir İsmayıl Qaspıralının “dildə və işdə birlik” prinsipinə əməl edib.

“Bu, bir növ bütün Türk Dünyasına, digər türk respublikalarına mesaj idi".

Politoloqun sözlərinə görə, İlham Əliyev bu səfəri ilə Azərbaycanın Rusiyadan çəkinmədiyini və həmişə Türkiyənin yanında olduğunu vurğuladı: “Bu, bir növ bütün Türk Dünyasına, digər türk respublikalarına mesaj idi. Azərbaycan  prezidenti ilk növbədə Özbəkistan və Türkmənistana mesaj verdi. Yəqin onların da liderləri Ankaraya dəstək nümayiş etdirəcəklər”.

İlham Əliyevin martın 15-də Türkiyəyə gerçəkləşdirdiyi səfər martın 13-də paytaxt Ankarada baş vermiş qanlı terror hadisəsindən sonra bu ölkənin əhalisinə bir növ qardaş təsəllisi oldu. PKKtərəfindən həyata keçirilmiş terrorun nəticələri çox ağırdır - hadisə nəticəsində 34 nəfər həlak olub, 125 nəfər isə ağır yaralanıb. Ölənlərin içərisində Türkiyənin bir çox şəhərlərinin sakinləri - tələbələr, qohumlarını baş çəkməyə gəlmiş mülki sakinlərin olması faciənin miqyasını bir az da genişləndirmişdi.  

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Ankarada
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Ankarada

İlham Əliyev Ankarada keçirdiyi mətbuat konfransında  səfərinin məhz iki ölkənin dərin kökləri olan qardaşlıq tarixinin bir səhifəsi oluğunu vurğulayıb: “Bizi ilk tanıyan dövlət Türkiyə olub. Biz bunu heç vaxt unutmayacağıq. Bu gün dünya miqyasında Türkiyə və Azərbaycan bir-birinə ən yaxın dövlətlərdir. Hörmətli Ərdoğanın rəhbərliyində Türkiyə bölgədə güc mərkəzinə çevrilib və böyüyüb. Türkiyənin böyüməsi ən çox bizi sevindirir, çünki Türkiyə böyüdükcə biz də böyüyürük”.

“Türklər qeyd edirlər ki, İlham Əliyev Rusiyanın təzyiqindən çəkinməyərək regional layihələrin tezliklə başa çatacağı barədə anonslar verdi”.

Türkiyədə yaşayan politoloq, Zirvə Uinversitetinin hüquq fakültəsinin dekanı Fərhad Mehdiyev isə ANS PRESS-ə müsahibəsində Türkiyə ictimaiyyətinin iki ölkə tərəfindən həyata keçirilən regional layihələrə diqqət yetirdiyini vurğulayıb: “Qeyd edirlər ki, İlham Əliyev Rusiyanın təzyiqindən çəkinməyərək regional layihələrin tezliklə başa çatacağı barədə anonslar verdi”.

İlham Əliyev mətbuat konfransında Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi TANAP və Bakı - Tiflis - Qars dəmir yolu layihələri barədə müsbət anonslar verib. Azərbaycan prezidenti 2012-ci ildə əsası qoyulmuş TANAP barədə deyib: "TANAP-ın təməl daşını Qarsda bərabər qoymuşduq. 2 il sonra açılışını edəcəyik".

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycadan keçərək Türkiyəyə gedən yüklərin artması istiqamətində atılan praktik addımlardan danışıb və  Bakı - Tiflis - Qars dəmir yolunun açılacağı tarixi söyləyib: "Londondan Pekinə qədər dəmir yolu daşımalarını mümkün edən layihənin açılışını, inşallah, dekabr ayında birlikdə gerçəkləşdirəcəyik. Beləcə, bu nəhəng layihə də açılışıyla birlikdə dünyaya önəmli bir mesaj olacaq". 

TANAP, TAP və Cənubi Qafqaz boru kəməri layihələri
TANAP, TAP və Cənubi Qafqaz boru kəməri layihələri

Azərbaycan liderinin ən çətin məqamda Türkiyəyə səfər etməsi Cənubi Qafqaz mətbuatının, xüsusilə də Azərbaycan ərazilərinin 20%-ni işğal etmiş Ermənistanın mətbuatının diqqətindən  qaçmayıb. Erməni şərhçi Akop Badalyan bu barədə yazdığı məqaləsində İlham Əliyevin Ankaraya səfərinin son günlər gərgin iş rejimi yaşayan Rəcəb Tayyib Ərdoğana böyük dəstək olduğunu vurğulayıb. Badalyan həm Rusiya, həm də Türkiyə ilə yaxşı münasibətləri olan İlham Əliyevin iki ölkə arasında münasibətlərin düzəlməsi məsələsində ciddi inkişafa nail ola biləcəyini də ehtimal edib.

İlham Əliyevin səfərinin gedişində Rusiya ordusunu Suriyadan geri çəkəcəyini bəyan etdi. Beləliklə, həm Suriya probleminin demokratik yolla həlli yolundakı ən böyük maneələrindən biri aradan qalxdı, həm də Türkiyə ilə Rusiyanın müttəfiqliyinin bərpası üçün ilkin addımlardan biri atıldı. İndi bütün Türkiyə Rusiyanın növbəti addımlarını gözləyir və Moskva ilə münasibətlərin düzələcəyinə ümid edənlər az deyil. Ankara - Moskva münasibətlərinin istiləşməsi Azərbaycanın da arzusudur. İnşallah, bu  ümidlər çin çıxar və bölgə, o cümlədən Azərbaycan istiqrara qovuşar. Sadə azərbaycanlıların bundan artıq istəyi yoxdur. 

скачать dle 10.4 UTF-8Forex для начинающих