Türkiyə prezidenti Ramil Quliyevi təbrik etdi
11 avqust 2017 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı idmançı Ramil Quliyevi Londonda keçirilən dünya çempionatındakı qələbə münasibəti ilə təbrik edib. Publika.az bildirir ki, dövlət başçısı bu barədə öz Twitter səhifəsində yazıb: “Dünya çempionatında 200 metrlik məsafəyə qaçışda qızıl medal qazanan və hər birimizi qürurlandıran Ramil Quliyevi səmimi qəlbdən təbrik edirəm”. Qeyd edək ki, 27 yaşlı Ramil Quliyev 2011-ci ildən Türkiyə bayrağı altında çıxış edir. Bu onun dünya çempionatlarında ilk medalıdır. Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə qaçışda finişə 20,09 saniyəyə birinci çatıb. Gümüş medalı 20,11 saniyə nəticə ilə CAR təmsilçisi Vayde van Nikerk, bürünc medalı isə eyni göstərici ilə Trinidad və Tobaqolu Jerem Riçards əldə edib.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |