BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azərbaycanın şimal-şərq regionunda epileptoloji xidmətin təşkili məsələləri müzakirə olunub

Azərbaycanın şimal-şərq regionunda epileptoloji xidmətin təşkili məsələləri müzakirə olunub

 

11 iyul 2017 

Qubada Səhiyyə Nazirliyinin baş nevroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) I nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalovun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Epilepsiya ilə Mübarizə Liqasının II regional elmi-praktik konfransı keçirilib. Tədbir Azərbaycanda epileptoloji xidmətin səviyyəsini yüksəltmək məqsədilə təşkil olunub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda professor Ş.Mahalovun “Azərbaycanın şimal-şərq regionunda epileptoloji xidmətin təşkili” mövzusunda məruzəsi dinlənilib.

Sonra nevrologiya kafedrasının digər əməkdaşları epilepsiyanın yaranma səbəbləri, formaları, klinikası, diaqnostikası və müalicəsində ən müasir yanaşmalarla bağlı məlumat veriblər. Epilepsiyada real tutmaların videoları göstərilib və xəstələrin kliniki təhlili aparılıb.

Konfransda Quba, Qusar, Siyəzən, Xaçmaz və Şabran rayonlarından olan 50-dən çox həkim iştirak edib.

Tədbir regionun həkimləri tərəfindən böyük maraqla qarşılanıb.

ATU-nun Tədris Terapevtik Klinikasının nəzdində fəaliyyət göstərən Azərbaycan Nevroloqlar Assosiasiyasının və Azərbaycan Epilepsiya üzrə Mübarizə Liqası uzun illərdir epilepsiyanın diaqnostikası, müalicəsi və bir çox aktual problemləri ilə məşğuldur.

скачать dle 10.4 UTF-8Forex для начинающих