Fransada İsmayıllıya həsr olunan park19 iyun 2023-cü il
İsmayıllıya həsr olunan “Azərbaycan” parkı Fransanın Evian-le-Ben şəhərində, Leman gölünün sahilində yerləşir. Park 2017-ci ilin iyul ayında salınmışdır və Azərbaycanla Fransa arasında olan münasibətlərin mühümlüyünü əks etdirir, iki şəhər arasında mədəni əlaqələri inkişaf etdirmək məqsədini daşıyır. Parkın salınma səbəbi 2015-ci ildə İsmayıllı və Evian şəhərləri arasında dostluq və əməkdaşlıq Xartiyasının imzalanmasıdır. Sənədə əsasən, Fransanın Evian şəhərində İsmayıllıya həsr olunan “Azərbaycan” parkı, İsmayıllıda isə Azərbaycan-Fransa dostluğuna həsr olunmuş park salınmışdır. Fransadakı “Azərbaycan” parkında hazırda “Dostluq” bulağı və Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəli mövcuddur. Parkın açılışında Evian şəhərinin meri, Azərbaycanın rəsmi nümayəndələri, Fransadakı səfirliyin əməkdaşları və digər şəxslər iştirak etmişdilər. Açılış mərasimi muğam konserti ilə müşayiət olunmuşdur. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |