BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Gəgəli bələdiyyəsinin sədri Konya konfransında

Gəgəli bələdiyyəsinin sədri Konya konfransında

7 mart 2024-cü il

 

Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 6-8 mart 2024-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən III Beynəlxalq Dayanıqlı Ekoloji Kənd Təsərrüfatı Konfransında iştirak edir. Konya Səlcuq Universitetinin Ziraat fakültəsində baş tutan konfransa 21 ölkədən 90-dan çox alim və tədqiqatçı qatılıb.
Dəvətli məruzəçi Fariz Xəlilli açılış sessiyasında Gəgəli bələdiyyəsinin "Təmiz kənd" sahəsində fəaliyyətindən bəhs edərək Gəgəli bələdiyyəsini tanıdıb. O, əvvəlcə qeyd edib ki, Azərbaycanda Sovet dövründən kəndlərdə məişət tullantılarının toplanması və çeşidlənməsinin idarə edilməməsi və ənənənin formalaşmaması postsovet dövründə ekoloji tarazlığın pozulmasının davam etməsi ilə səciyyələnib. Dərə yataqlarına atılan tullantıların çeşidliliyi də artıb, plastik və polietilen tullantılar çoxalıb. Dərə yataqlarından axar su mənbələrinə qarışan tullantılar müxtəlif xəstəliklərə səbəb olub. Bu tullantılar kənd təsərrüfatı sahələrini də çirkləndirib. Ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 8 iyun 1999-cu ildə imzaladığı "Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu" ilə təsbit edilib. 2014-cü ildə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsi çərçivəsində Ağsu rayonu Gəgəli kəndində araşdırma aparıb, sorğular keçirib, məişət tullantıları yerlərini monitorinq edib, təklif və tövsiyələrini verib. 2020-ci ildə Ağsu rayonu Gəgəli bələdiyyəsi məişət tullantılarının ətraf mühitə vurduğu zərəri nəzərə alaraq "Təmiz kənd xidmət mərkəzi" layihəsini həyata keçirməyə başlayıb. Layihə məişət tullantılarının toplanması, daşınması, çeşidlənməsi və utilizasiyasını əhatə edir. Bu məqsədlə, bələdiyyə öz "Təmiz kənd" müəssisəsini yaradıb, yerli sakinlərlə müqavilə bağlayıb, bələdiyyəyə məxsus 2 hektarlıq torpaqda xidmət mərkəzi qurub, 5 nəfəri işə cəlb edib, çeşidlənmiş tullantılar digər sahibkarlara satılıb. Məişət tullantılarının idarə olunması maarifləndirmə işlərinin aparılması ilə möhkəmləndirilib. Əsas məqsəd xidmət mərkəzinə gətirilməzdən əvvəl, evlərdə məişət tullantılarının çeşidlənməsinə nail olmaqdır.

Fariz Xəlilli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasından danışıb. O, Azərbaycanın 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini və konfrans iştirakçılarının bu tədbirlərə maraq göstərməsinin əhəmiyyətini vurğulayıb. Dinləyicilər Fariz Xəlilliyə Təmiz kənd xidmət mərkəzinin fəaliyyəti ilə bağlı suallar ünvanlayıblar. Konfrans 9 marta qədər davam edəcək.

скачать dle 10.4 UTF-8Forex для начинающих