BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şahdağa və Gədəbəyə qar yağıb

Şahdağa və Gədəbəyə qar yağıb

6 may 2024-cü il

 

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Zərdabda 32, Kürdəmir, Şəkidə 17, İsmayıllıda 16, Zaqatala, Göygöldə 15, Daşkəsəndə 14, Altıağac, Qax, Gədəbəydə 13, Göyçay, Ağdamda 11, Tərtər, Mingəçevir, Gəncədə 9, Oğuz, Balakəndə 8, Tovuz, Yevlax, Qəbələ, Şamaxı, Ağsu, Sədərək, Şabran, Xaltan, Qobustan, Naftalan, Bərdə, Ordubad, Ağstafa, Ceyrançöl, Şahbuz, Lənkəran, Quba, Qrız, İmişli, Naxçıvan, Şərurda 7 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Mayın 5-də Kürdəmir rayonunun Pirili kəndi ərazisinə diametri 8-10, Mollakənd ərazisinə saat 21:20 radələrində 6-8, İmişli rayonunun Qızıl kəndinə saat 23:30 radələrində 8-10, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinə isə 6-8 millimetr olan dolu düşüb.

Gəncə, Şəmkir, Gədəbəy, Lerik, Göyçay, Göygöl, Altıağac, Qusar, Şamaxı, Balakən, Qaxda duman müşahidə olunub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında saniyədə 23, Neftçalada 20, Lerikdə 15 metrədək güclənib. Neft Daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12°, Naxçıvan Muxtar Respublikasında 8°, Aran rayonlarında 15°, dağlıq rayonlarda 5-7°, yüksək dağlıq ərazilərdə isə 1°-dək isti olub.

скачать dle 10.4 UTF-8Forex для начинающих