Xarici tələbələr Quba Soyqırımı Memorial KompleksindəAzərbaycan Texniki Universitetində (AzTU) təhsil alan xarici tələbələr ölkəmizin Şimal bölgəsinə səyahət ediblər. Universitetin təşəbbüsü ilə təşkil olunan səfər çərçivəsində xarici tələbələr Azərbaycanın tarixi abidələri, əlverişli turizm məkanlarını görmək imkanı əldə ediblər. Səfərə digər universitetlərdən də əcnəbi tələbələr qoşulublar. Böyük marağa səbəb olan səyahət zamanı tələbələr Quba Soyqırımı Memorial Kompleksi ilə də tanış olublar. Burada onlara erməni terrorizmi, azərbaycanlılara qarşı etnik soyqırımı, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumatlar verilib. Tələbələr regionun multikulturalizm ölkəsi hesab edilən Azərbaycana qarşı törədilən bəşəri cinayətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərini birləşdirəcəklərini, öz həmyerlilərinə bununla bağlı məlumat verəcəklərini bildiriblər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |