BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qafar Cəbiyevin 75 illinə həsr olunmuş simpozium

Qafar Cəbiyevin 75 illinə həsr olunmuş simpozium

1 may 2025-ci il

 

28-29 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” mövzusunda XIX Beynəlxalq Simpozium keçirilib. Simpozium Azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Moldova, İtaliya, Özbəkistan, İran, Rusiya, ABŞ, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 80-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

скачать dle 10.4 UTF-8Forex для начинающих