BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakı Opera günləri başladı

Bakı Opera günləri başladı

7 iyun 2025-ci il

 

İyunun 6-da axşam Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyovun məşhur "Leyli və Məcnun" opera dastan-tamaşası ilə Bakıda ilk dəfə keçirilən Opera Günlərinin açılış mərasimi olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə keçirilən və anşlaq yaşanan tamaşada Xalq artistləri Mənsum İbrahim (Məcnun) və Nəzakət Teymurova (Leyli) öz məşhur ifaları ilə növbəti dəfə tamaşaçıların qarşısına çıxıblar. Dəfələrlə alqışlarla qarşılanan bu ifalar dahi Üzeyir Hacıbəyovun bu ölməz operasının hələ də xalq tərəfindən sevilməsini göstərməklə yanaşı, onun tanınmış ifaçılarının da məharətinin göstəricisi olub. 

Əməkdar artist Ramil Qasımov jurnalistlərə, o cümlədən saytımızın nümayəndəsinə açıqlamasında layihənin məqsədindən danışıb. O bildirib ki, Azərbaycanda opera ənənələrini davam etdirmək prioritet məsələlərdəndir.

Xatırladaq ki, "Opera həftəsi" ulduzların iştirakı ilə Dənizkənarı Milli Parkda keçiriləcək böyük konsertlə başa çatacaq.

shahdagpeoples.az

 

скачать dle 10.4 UTF-8Forex для начинающих