Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb11 oktyabr, 2016. Bakı, APA. NATO-nun Əfqanıstanda həyata keçirdiyi "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 50 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |