Qubada təcili tibbi yardım maşını minik avtomobili ilə toqquşub, xəsarət alan varQuba. 29 oktyabr 2016 Qubada təcili tibbi yardım maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şimal bürosunun məlumatına görə, Quba rayonu Zərdabi qəsəbəsi sakini, 1984-cü il təvəllüdlü, Mikayılov Vüsal Adil oğlu idarə etdiyi "Opel" markalı, 40-BN-014 nömrə nişanlı avtomobillə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını ilə toqquşub. Hadisə zamanı V.Mikayılov sol dirsək çıxıntısının yerini dəyişən sınığı, sağ iç topuğun yerini dəyişən sınığı, sağ əlin arxa səthinin sıyrıntıları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaralının əməliyyat olunacağını bildiriblər. Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |