BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » İlham Əliyev: "Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək"

İlham Əliyev: "Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək"

İlham Əliyev: "Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək"
Bakı. 1 noyabr 2916
"Azərbaycan-Rusiya Forumu strateji münasibətlərin inkişafına töhfə verəcək".
"Report" xəbər verir ki, bunu 7-ci Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına göndərdiyi müraciətdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident köməkçisi Əli Həsənovun oxuduğu məktubda deyilir ki, forum hər iki ölkə üçün maraq kəsb edən sahələri əhatə edir: "Bakıda keçirilən Yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumunun işə başlaması münasibətilə sizi ürəkdən təbrik edirəm.
Əlamətdar haldır ki, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır. Aktual məsələlərin geniş spektrini əhatə edən bu forumların iştirakçılarının nüfuzlu tərkibi və zəngin proqramları onlara yüksək marağın parlaq sübutudur. Bu da tamamilə qanunauyğundur, çünki həmin forumlar məkanında birbaşa dialoq aparılır, yeni işgüzar əlaqələr qurulur, Azərbaycan-Rusiya münasibətlərinin dərinləşdirilməsinə yönəlmiş konstruktiv təşəbbüslər və innovasiya layihələri yaranır.
Şübhə yoxdur ki, növbəti görüşün tam konkret gündəliyi sizə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi yollarını cızmağa, turist axınlarının artırılması perspektivlərini müzakirə etməyə, sənaye və kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi aparmağa, ikitərəfli əlaqələrin mədəni-humanitar tərkib hissəsinin inkişaf dinamikası barədə söhbət etməyə imkan verəcək. Hər iki ölkənin güclü iqtisadi potensiala və birgə iş sahəsində zəngin təcrübəyə malik olmasını nəzərə alaraq, gələcəkdə səylərimizi daha sıx birləşdirmək və regionlarımız arasında əməkdaşlığı daha da fəallaşdırmaq zəruridir. Qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə gətirib çıxardığı bugünkü mürəkkəb dövrdə bu, çox vacibdir.
Ümidvaram ki, siz iqtisadiyyatın və investisiyaların, mədəniyyətin və təhsilin müxtəlif məsələlərinə dair mövqelərimizi uzlaşdırmağa, qarşılıqlı fəaliyyətin prioritetlərini müəyyənləşdirməyə və onun daha təsirli formalarını işləyib hazırlamağa müvəffəq olacaqsınız. Əminəm ki, budəfəki Forum konstruktiv şəraitdə keçəcək, maraqlı layihələr və məzmunlu diskussiyalarla yadda qalacaq, başlıcası isə ölkələrimizə real fayda verəcək.
Bütün iştirakçılara səmərəli iş və praktiki nəticələr, möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm!"скачать dle 10.4 UTF-8Forex для начинающих