BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Almaniya mətbuatı Azərbaycan multikulturalizmindən yazıb

Almaniya mətbuatı Azərbaycan multikulturalizmindən yazıb

Almaniya mətbuatı Azərbaycan multikulturalizmindən yazıb
Almaniya mətbuatında “Azərbaycandan öyrənmək. Multikulturalizm ümumi tədqiqat sahəsidir” adlı məqalə dərc olunub.
Həmin məqalənin tərcüməsini təqdim edirik.
AZƏRBAYCANDAN ÖYRƏNMƏK
Multikulturalizm ümumi tədqiqat sahəsidir
Azərbaycanda milli azlıq siyasəti dövlət proqramıdır. Qafqaz dövlətləri, onların çoxlu sayda dil qrupları və dinləri ilə bağlı iş hazırda Auqsburq Universitetinin filologiya və tarix fakültəsində kurs kimi təqdim olunur. Professor Klaus Wolf növbəti semestrdə rəsmi Bakının dövlət proqramının təqdimatından sonra Almaniyada milli azlıq siyasəti, xüsusi ilə İslam dinin Almaniya hüquq sisteminə inteqrasiyası məsələsini diqqətə alan “Multikulturalizm” seminarı təşkil etməyi planlaşdırır. Alman ədəbiyyatı və dili professoru qeyd etdi ki, ”Biz universitetin mədəniyyətlərarası tədqiqatlarını birləşdirmək və onları interdisiplinar səkildə təşkil etmək istəyirik.
O, “Bakı-Auqsburq interdisiplinar kollokvium”da yeni birgə fəaliyyəti təqdim etdi. Auqsburq Universiteti alman universitetləri arasında birincidir ki, digər yeddi Avropa universitetləri ilə yanaşı “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaqdır. 2014-cü ildən Azərbaycan Respublikasının Prezidentinin Dövlət Müşaviri vəzifəsində çalışan akademik Kamal Abdullayev kollokviuma gəldi və Prezident İlham Əliyevin layihəyə verdiyi önəmdən danışdı.
Cənab Abdullayev “multikulturalizm Almaniyada və Böyük Britaniyada iflasa uğrayıb” deyən Avropa liderlərinə xatırlatdı ki, “Siz Bakıdan bütün dinlərin dövlət tərəfindən necə bərabərhüquqlu qorunduğunu öyrənə bilərsiniz. Bu milli azlıqların identikliyini möhkəmləndirir və sülhə təminat verir. ”Gərginliklərin çox olduğu Qafqaz dövlətində bu mövzu dövlət təhlükəsizliyinin mühüm bir hissəsidir. Əliyev özü ötən il yalnız dövlət müşaviri təyin etməyib, həmçinin “Mədəniyyətlərarası dialoqu” reallaşdırmaq üçün iyirmi birinci əsrin tələblərinə uyğun olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini də yaratdı. Yeni yaradılmış institutun direktoru Azad Məmmədov Auqsburq şəhərində qeyd etdi ki, “Biz festivallar, tədqiqatlar və beynəlxalq tələbə mübadiləsi həyata keçirməklə dünyada olan müxtəlif azlıqların Bakının nümunəsində necə harmonik birgə yaşamasının mümkünlüyünü göstərəcəyik.
Ulrike Ayzenhut multikulturalizmi ədəbi nöqteyi-nəzərdən analiz etdi. O, Lev Nussimbaumun “Əli və Nino” romanı ilə Əminə Sevgi Özdamarın “Ana dili” romanının şəxsləri və dili bağlı tərəddüdlərdən danışdı. Nussimbaum Azərbaycan yəhudisi idi və alman dilini Bakıda öyrənmişdi. 1922-ci ildə Parisə mühacirət etmiş, 1930-cu illərdə Berlində Şərqşünaslıq oxumuş və İslamı qəbul etmişdir. O, Nasional Sosialist Fəhlə Partiyası tərəfindən təqib olunmuş, həmin vaxt da “Əli və Nino” romanını Qurban Səid təxəllüsü ilə yazmışdır.
Həmçinin burada da (Auqsburqda) hər iki ayağı müxtəlif mədəniyyətlərdə dayanan müəlliflər yaşayır. Ədəbiyyatçı alim Ulrike Şvarts Auqsburqlu Serkan Erol, Fikrət Yakaboylu, İbrahim Qaya və Əli Şanlı Hizalın yaradıcılığını və tərcümeyi-halını təqdim etdi.
Mənbə: http://multikulturalizm.gov.azскачать dle 10.4 UTF-8Forex для начинающих