Prezident İlham Əliyev Xaçmazda yol tikintisinə 10,1 milyon manat ayırıb
Bakı, 6 yanvar 2018 Azərbaycan Prezidenti yanvarın 6-da “Xaçmaz rayonunun Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çarxı–Qalağan–Hacılar–Xanlıqoba–Sayad–Məmmədxanlı avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |