“Şimal-Cənub” dəhlizinin logistika operatoru yaradılır
19 aprel 2018 “Rusiya Dəmir Yolları” (RDY) Açıq Səhmdar Cəmiyyəti İran, Rusiya və Azərbaycanla birlikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin logistika operatorunun yaradılmasını müzakirə edir. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə RDY baş direktorunun birinci müavini Aleksandr Mişarin Moskvada keçirilən “TransRussia” beynəlxalq sərgisi çərçivəsində qeyri-rəsmi görüşlərdə bildirib. “Şimal-Cənub” sərnişin və yük daşıyan multimodal marşrutdur. Sankt-Peterburqdan Hindistanın Mumbai limanına qədər davam edən bu marşrutun ümumi uzunluğu 7,2 min kilometrdir. Marşrut Rusiya, Azərbaycan, İran və Hindistanı birləşdirəcək. A.Mişarin deyib: ”İndi biz “Şimal-Cənub” dəhlizinin logistika operatorunun yaradılmasının variantlarını müzakirə edirik. Onun təqdimatı Rusiya-İran Hökumətlərarası Komissiyasının iclası çərçivəsində keçirilib. Bu gün biz həmin danışıqları istər İrandakı, istərsə də Azərbaycandakı həmkarlarımızla aparırıq”. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |