Şabranda yeni tarixi tapıntılar aşkarlanıb27 avqust 2020-ci il
Şabranda yeni tarixi tapıntı aşkarlanıb. Baku TV xəbər verir ki, rayonun Aygünlü kəndində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Fələstinədək uzanan Kür-Araz mədəniyyətinə aiddir. Aparılan qazıntı işləri zamanı abidə ərazisindən tapılan əşyalar keramikadan hazırlanıb. Bu isə Erkən Tunc dövrünün əsas atributu hesab olunur. Çaqqallıqtəpədə beş eyni tipli abidə mövcuddur. Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində aşkar edilib. Ərazidə qədim təpəliklər mövcuddur. Arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə beş minillik tarixə malik qazma evlər aşkarlanıb. Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Yazı kəşf olunana qədər gildən hazırlanan tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir. Tədqiqatlar zamanı çox sayda əmək alətləri, çaxmaq daşları, ox ucluqları, oraq işləri, sümükdən hazırlanan bizlər və müxtəlif əşyalar da aşkarlanıb. Yüngül konstruksiya ilə örtülən dairəvi evlərin içərisində isə Erkən Tunc dövrünə aid manqal tapılıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ərazidə qazıntı işlərinə 2016-cı ildən başlayıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |