Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
25 noyabr 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xaçmaz Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 16 çarpayılıq Mərkəzdə müasir standartara uyğun reablitasiya şəraiti yaradılıb. Müasir avadanlıqlardan istifadə olunmaqla vətəndaşlara kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəz bu il ölkədə istifadəyə verilən sayca 3-cü reabilitasiya müəssisəsidir. Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez və digər yeni prosedurlar tətbiq olunacaq. Mərkəzdə Xaçmaz və ətraf rayonlar üzrə il ərzində 600 əlilliyi olan şəxsə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstəriləcək. http://shimal.arbtv.az/ |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |