BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Sumqayıtda küçələrdən birinə generalın adı verildi

Sumqayıtda küçələrdən birinə generalın adı verildi

 

13 fevral 2021-ci il

 

Sumqayıt şəhərində mərkəzi küçələrdən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb.

Belə ki, Sumqayıtda yaşayan şəhid generalın adı şəhərin mərkəzi küçələrindən birinə verilib.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində Ermənistan Silahlı Qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

P.Həşimov iyulun 15-də II Fəxri xiyabanda torpağa tapşırılıb.

sumqayitxeber.com

скачать dle 10.4 UTF-8Forex для начинающих