Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıbAzərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkilik yoxdur. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma mövcuddur. AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 21-də Quba şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərbaycan” qəzeti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan-25: multikulturalizm və tolerantlığa nümunə ölkə” mövzusunda keçirilən konfransda vurğulanıb. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Quba şəhərində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb. Azərbaycanın müstəqillik yolunda qət etdiyi çətin və şərəfli yolundan danışan natiq millətlərarası münasibətlərin tənzimlənməsində, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasında multikultural dəyərlərin və tolerantlığın əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət ölkəmizdə hökm sürən siyasi sabitliyin, əmin-amanlığın, qarşılıqlı etimadın, xalqlar dostluğunun etibarlı qarantıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İslam Həmrəylik Oyunlarının təşkili bu uğurlu siyasətin bariz nümunəsidir. Komitə sədri bildirib ki, multikulturalizm sahəsində həyata keçirilən dövlət siyasəti əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə əsaslanır və bu istiqamətdə qazanılmış uğurların dünya miqyasında təbliğinin gücləndirilməsi zərurəti yaranıb. Azərbaycanda multikulturalizmin həyat tərzinə çevrildiyini beynəlxalq aləmdə nümayiş etdirmək dünyada humanizmin bərqərar olmasına, dini ayrı-seçkiliyin, məzhəblərarası qarşıdurmanın dayandırılmasına böyük töhfə olardı. Konfransda “Azərbaycanda tolerantlıq ənənələri Qubanın timsalında” mövzusunda məruzə də dinlənilib, Qafqaz Müsəlmanları İdarəsinin, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının nümayəndələri və ziyalılar mövzu ətrafında çıxışlar ediblər. AZERTAG.AZ :Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |