BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc TAPILDI

Bu ölkədə xaçlılardan qalan 900 illik qılınc TAPILDI

19 oktyabr 20201-ci il

 

İsraildə həvəskar dalğıc xaçlılardan qaldığı və 900 illik olduğu güman edilən qılınc tapıb.

Unikal.org  xəbər verir ki, bu barədə İsrail Antik Əşyalar Qurumu məlumat yayıb.

Bildirilib ki, qılıncı Şlomi Katzin adlı dalğıc Aralıq dənizi sahillərində dalış əsnasında aşkarlayıb.

O, qılıncı dənizdən çıxararaq, müvafiq dövlət qurumlarına verib.

Üzəri dəniz qabıqları ilə örtülən bir metr uzunluqdakı qılınc təmizlənib restavrasiya edildikdən sonra sərgilənəcək.

Qılıncı tapan Katzinə təşəkkür sertifikatı verilib.

unikal.org

скачать dle 10.4 UTF-8Forex для начинающих