BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qonaqkənddəki yenidənqurma işləri ilə tanışlıq

Qonaqkənddəki yenidənqurma işləri ilə tanışlıq

6 dekabr 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.

2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin qəsəbə Mədəniyyət Evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülərək əvəzində yenisi tikilib.

Dövlətimizin başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Sakinləri salamlayan Prezident İlham Əliyev onların qarşısında çıxış edib.

Sakinlər dövlətimizin başçısına Quba-Qonaqkənd avtomobil yolunun çəkilməsi ilə bağlı minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qonaqkənd sakinləri ilə birlikdə ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılan abidəsinin önünə gül dəstəsi qoydular.

Sonra xatirə şəkli çəkdirildi.

AZƏRTAC

 

скачать dle 10.4 UTF-8Forex для начинающих