BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » TDT üzvü ölkədən xəbər var

TDT üzvü ölkədən xəbər var

3 yanvar 2022-ci il

 

Qırğızıstandakı “Türkel” Media Qrupun prezidenti, azərbaycanlı Hökumə Xəlilovaya Qırğızıstanın Əməkdar mədəniyyət xadimi fəxri adı verilib. H.Xəlilova bu ada Qırğızıstanın sosial-iqtisadi, intellektual və mədəni potensialının inkişafı sahəsindəki xidmətlərinə görə layiq görülüb.

Xatırladaq ki, Bişkek və Almatı Mərkəzli TÜRKEL Yayın Qurumu 20 ilə yaxındır Golden Bridge News xəbər Agentliyi, “Altın körpü” jurnalı, TÜRKEL qəzeti və bir neçə xəbər portalını özündə birləşdirir və Qırğızıstanın Dövlət Piramida TV, Türkiyənin TekRumeli TV kanallarında “Dostluq körpüsü” televiziya proqramları layihəsinin müəllifidir. 

Hökümə Xəlilova Beynəlxalq TÜRKSOY təşkilatının laureatıdır və Türk Dövlətləri Təşkilatına üzv Qazaxıstan, Türkiyə və Qırğızıstanın dövlət və hökuməti tərəfindən orden, medal, fəxri fərmanlarla təltif olunub.

Qırğızıstanın Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülən Hökümə Xəlilova Moderator.az-a təəssüratlarını bölüşüb:

 

“Əlbəttə, azərbaycanlı bir xanım kimi mənə çox xoş oldu ki, 20 ilə yaxındır bu cografiyada göstərdiyimiz fəaliyyət yüksək qiymətləndirildi. Buna görə də şəxsən və çalışdığımız Türkel media qrup adından Qırğızıstan dövlət başçısı hörmətli Sadır Caparov başda olmaqla qırğız xalqına dərin minnətdarllığımı bildirirəm! Təbii ki, bu bir daha göstərdi ki, Qırğızıstanda milliyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşına bərabər hüqüqda diqqət yetirilir.
Bildirim ki, dövlət başçısı tərəfindən mükafatlandırılmam ilk dəfə deyil. Qırğızıstan Parlamenti tərəfindən Fəxri Fərman, Qırğızıstan Xalqlar Assambleyasının “Dostluq medalı” və Fəxri Diplomu, Qırğız Qadınlar Konqresinin “Qızıl medal”ı, “Kanıkey” və “Sartpayeva” adına ordenlerə, Dünya Generalları Sülh uğrunda Beynəlxalq təşkilatın “Sülh göyərçini” medalı və müxtəlif ölkə səfirlikləri, universitetlər və diaspor təşkilatları tərəfindən, eyni zamanda Daşkənddəki H.Əliyev adına Mədəniyyət Mərkəzinin “Özbəkistanla dostluq əlaqələrini təbliğ edən ilin ən fəal mədəniyyət və elm” xadimi diplomu ilə mükafatlandırılmışam.
2019-cu ildə isə Qırğızıstanın öndə gələn ən fəal qadınlarına həsr olunan 500 səhifəlik ensiklopedik kitaba da daxil edilmişəm.

 Fəaliyyət göstərdiyimiz 20 il ərzində Azərbaycanın və Türk Dünyasının haqq səsi olduq. “Altın körpü” jurnalımızın son xüsusi buraxılışları Azərbaycanın Zəfərinə həsr olundu. Xəbər agentliyimizdə və digər informasiya portallarımızda Azərbaycanın tanıtımı, ölkə rəhbərliyinin irəli sürdüyü daxili və xarici siyasəti əks etdirən materiallar dərc etdik və bu fəaliyyətimizi bu gün Türkiyə, Qazaxıstan və Qırğızıstanın tele-radio məkanlarında da davam etdirməkdəyik.

 Fürsətdən istifadə edərək Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Media Qrupu kollektivi və şəxsən baş redakorumuz Ramiz Məşədihəsənlinin adından  Azərbaycan xalqını, oxucularınızı Yeni təqvim ili münasibətilə təbrik edir, sağlıqlı ömür, uğurlar və firavanlıq arzulayıram”.

Xatırladaq ki, “Türkel” Media Qrupu “goldenbridgenews” xəbər agentliyini, “Altın körpü” jurnalını, “Türkel” qəzetini və bir neçə xəbər portalını özündə birləşdirir. Qrup 20 ilə yaxındır ki, media məkanında uğurla fəaliyyət göstərir.

 Xəyalə Rəis

 

скачать dle 10.4 UTF-8Forex для начинающих