BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Qafqaz və Monqol imperiyası”

“Qafqaz və Monqol imperiyası”

29 iyul 2022-ci il

 

Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu Elmi şurasının qərarı ilə tarix elmləri doktoru, professor, mərhum şahdağlı alim Vaqif Buduqlu-Piriyevin “Qafqaz və Monqol imperiyası” kitabı nəşr olunub.

Bu barədə Tarix İnstitutundan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Şahin Fərzəliyev, rəyçiləri tarix elmləri doktoru, dosent Vaqif Abışov və tarix üzrə fəlsəfə doktoru İradə Əliyevadır.

Kitabda Monqol imperiyasının Qafqaza yürüşləri dövründə regionun siyasi-iqtisadi, sosial-mədəni vəziyyəti araşdırılır, regional hərbi-siyasi münasibətlər, monqol təcavüzünə qarşı mübarizə tarixi təhlil olunur.

Qeyd edək ki, Vaqif Piriyev Azərbaycan tarixinə dair bir neçə digər sanballı tədqiqat əsərlərinin də müəllifidir.

medeniyyet.az

 

скачать dle 10.4 UTF-8Forex для начинающих