BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Babadağda itkin düşənlər xilas edildi - YENİLƏNİB

Babadağda itkin düşənlər xilas edildi - YENİLƏNİB

6 avqust 2022-ci il

 

İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Nicat Xudaverdiyev, Ağa Xudaverdiyev və qardaşı Emil Xudaverdiyev sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.

Xatırladaq ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin  "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub.

Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb.

Əlavə məlumat veriləcəkdir.

***

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər.

Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedənlər - 2002-ci il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəllüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da, geri qayıda bilməyiblər.

Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri görülür.

***

12:03

Babadağ dağında bir neçə nəfər köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirlib ki, nazirliyin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub: "Məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".

 

Qeyd: Babadağ — Quba və İsmayıllı rayonu ərazisində yerləşən, Böyük Qafqaz dağlarının cənub şərqində qərar tutan ən hündür zirvələrindən biridir, ziyarətgahdır. Dəniz səviyyəsindən 3632 metr hündürlükdə yerləşən Babadağdan QaraçayVəlvələçay və Girdimançay çayları başlanır. İlin çox vaxtı qarla örtülü olur. Ona görə də bu dağa bəzən Qarlı baba da deyirlər. Dəniz səviyyəsindən 3632 metr hündürlükdə yerləşən Babadağdan QaraçayVəlvələçay və Girdimançay çayları başlanır. Ziyarətgahı 7 dəfə ziyarət edən şəxsə «həzrət» deyirlər.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих