İranda 43 ildən sonra ilk yaşandı
6 sentyabr 2022-ci il
İranda 43 ildən sonra kinoteatrlarda xarici film nümayiş olunub. Modern.az xəbər verir ki, Faysal Soysalın rejissorluğu ilə lentə alınan film İranda kinosevərlərə təqdim olunub. 43 ildən sonra İranda kinoteatrlarda nümayiş etdirilən ilk xarici film, 20 mükafat qazanan və rejissoru Faysal Soysal olan, Türkiyənin Oskar mükafatına namizədləri arasında yer alan "Qoz ağacı"dır. Serdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mert Yavuzcan, Şebnem Dilligil və Rıza Akın rol aldığı Türkiyə-İran birgə istehsalı olan filmin premyerası Tehranda çəkiliş qrupunun və baş rol ifaçılarının iştirakı ilə baş tutub. Qalaya məşhur iranlı rejissor Məcid Məcidi ilə yanaşı, bir çox məşhur İran aktyorları qatılıb, qonaqlar arasında Türkiyənin Tehrandakı səfiri Derya Örs də olub. |
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |











