BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şahdağ Milli Parkı: nəcib maral ilk bala verib

Şahdağ Milli Parkı: nəcib maral ilk bala verib

27 may 2023-cü il

 

DEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci il noyabrın 11-də nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması layihəsi çərçivəsində Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası dünyaya gəlib.

Şahdağ Milli Parkına buraxılan nəcib maralların ilk balası dünyaya gəlib. Bu barədə ShimalNews 25 may tarixində Leyla Əliyevaya istinadən məlumat verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bu məlumatı paylaşıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hazırda ana və balanın vəziyyəti yaxşıdır. Balanın çəkisi təxminən 5-6 kiloqramdır. Ana və bala fərd yırtıcılardan mühafizə məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində qapalı volyer şəraitində saxlanılır. 

Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmiş nəcib maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının Tuqay meşələrində yaşayıb.

Hazırda nəcib maral populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir. Bu növün meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, onun populyasiyasının bərpa edilməsi təbiətimiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

скачать dle 10.4 UTF-8Forex для начинающих