ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » “Family Link” mobil proqramı ilə valideynlər övladlarına nəzarət edəcəklər

“Family Link” mobil proqramı ilə valideynlər övladlarına nəzarət edəcəklər

18 mart 2017

"Google" şirkəti tərəfindən hazırlanmış “Family Link” mobil proqramı valideynlərə övladlarının “Android” smartfonlarından istifadə etmələrini nəzarətdə saxlamağa imkan verəcək. Yeni xidmət “Google”un bloqunda təsvir olunub.

AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, həmin mobil proqram üç əsas funksiyadan ibarətdir. Birinci funksiya uşaqlara yalnız valideynlərin razılığı əsasında proqramları yükləməyə imkan verir. İkinci funksiya vasitəsilə uşaqlar tərəfindən açılmış proqramlar izlənilir, həmçinin müxtəlif proqramlardan istifadə vaxtı üzrə günlük, həftəlik və aylıq statistika tərtib olunur. “Family Link” tətbiqinin köməyi ilə uşağın istifadə etdiyi qurğunu müəyyən saatlar üzrə bloklamaq olar.

Hazırda “Family Link” mobil tətbiqi yoxlama mərhələsindədir. Proqram yalnız ABŞ-da işləyir və onu satın almaq üçün 13 yaşadək uşağı olan valideynlər xüsusi saytda sifariş verməlidirlər. Bundan əlavə, bu proqramın işləməsi üçün uşağın smartfonu “Android 7.0 Nougat” sisteminin idarəetməsi altında, valideynin qurğusu isə “Android 4.4 KitKat” və daha yuxarı versiyalarla işləməlidir.

скачать dle 10.4 UTF-8Forex для начинающих