Quba-Xınalıq avtomobil yolu qismən təmizlənib19 iyun 2023-cü il
Quba-Xınalıq avtomobil yolu boyunca təbii fəlakətin nəticələri aradan qaldırılır. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib. Sel suları avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb və infrastruktura ciddi ziyan vurub. Eyni zamanda lil və qaya parçaları avtonəqliyyat vasitələrinin hərəkətinə çətinliklər yaradıb. “5 N-li Yol İstismarı” MMC tərəfindən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub. Nəticədə yolun 52-ci km-ə qədər hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda isə 52-56-cı km-də işlər bitmək üzrədir. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |