Qarşılıqlı mədəniyyət günləri keçiriləcək21 iyun 2023-cü il
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. Səfər çərçivəsində Adil Kərimli ilə Özbəkistanın mədəniyyət və turizm naziri Azadbek Nazarbekov arasında görüş keçirilib. TÜRKSOY-un 30 illik yubileyi münasibətilə keçirilən tədbirlərə dəvətə görə təşəkkürünü bildirən Adil Kərimli iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da sıxlaşmasında, xalqlarımızın zəngin mədəniyyətlərinin təbliğində hər iki nazirliyin əməkdaşlığını yüksək qiymətləndirib. Nazir deyib ki, iki dost-qardaş ölkə olan Azərbaycan və Özbəkistan arasında əlaqələr müxtəlif istiqamətlərdə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və tapşırıqları əsasında Özbəkistanla münasibətlərdə bütün sahələrdə olan intensiv inkişaf dinamikası mədəniyyət sahəsindəki əməkdaşlığımıza da güclü təsirini göstərməkdədir. Ölkə rəhbəri tərəfindən bu sahəyə xüsusi önəm və diqqət verilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə keçirilən tədbirlərdə Özbəkistanın mədəniyyət və turizm nazirinin iştirakını da məmnunluqla xatırlayan Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından qarşılıqlı səfərlərin, ortaq layihələrin önəmini vurğulayıb, bundan sonra daha sıx şəkildə əməkdaşlığın vacibliyini qeyd edib. Azadbek Nazarbekov da öz növbəsində qardaş ölkə olan Azərbaycanla, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də daha sıx əlaqələrin qurulmasının əhəmiyyətindən söz açaraq Özbəkistan Prezidenti hörmətli Şavkat Mirziyoyevin iki ölkə arasında münasibətlərə xüsusi diqqət ayırdığını vurğulayıb. Birgə əməkdaşlıq çərçivəsində mədəniyyət layihələrinin həyata keçirilməsini təklif edən nazir azərbaycanlı həmkarını önümüzdəki aylarda Özbəkistanda təşkil olunacaq beynəlxalq festivallara dəvət edib və özünün də hər zaman Azərbaycana səfər etməyə hazır olduğunu bildirib. Görüşdə cari ilin iyul ayında Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, oktyabr ayında isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili, beynəlxalq muğam müsabiqəsi, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr, ortaq mədəni mirasımızın təbliği və mühafizəsi kimi məsələlər barədə fikir mübadiləsi aparılıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |