BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Hərbçilərimiz Pakistandakı parada qatılacaqlar

Hərbçilərimiz Pakistandakı parada qatılacaqlar

23 mart 2022

 

Bu gün Pakistanın milli bayramı münasibətilə hərbi parad keçiriləcək.

Medianews.az “modern.az”a istinadən xəbər verir ki, Pakıstanın hökumət radiosunun yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri də həmin parada qatılacaqlar.

Xəbərdə deyilir ki, Baş nazir İmran Xan dünən bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. Baş nazir deyib ki, o, Pakistan ilə Azərbaycan arasında qardaş münasibətlərinin daha da dərinləşməsini arzulayır. Bu baxımdan ticarət və turizm sahəsində böyük imkanların olduğunu vurğulayıb.

Baş nazir Kəşmir məsələsində Azərbaycanın Pakistana verdiyi dəstəklə bağlı minnətdarlığını bildirib.

Zakir Həsənov İmran Xana Prezident İlham Əliyevin salamlarını çatdırıb.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Pakistan açıq şəkildə Azərbaycana dəstək verib.

скачать dle 10.4 UTF-8Forex для начинающих