Vətəndaşlığa qəbul edilənlərin andiçmə mərasimi keçirilib29 dekabr 2021-ci il
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş 325 şəxsin, həmçinin Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri olan 31 nəfərin Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə çıxış edən DMX-in rəisi Vüsal Hüseynov iştirakçılara Azərbaycan vətəndaşlığına qəbul edilmələri münasibətilə təbriklərini çatdırıb, vətəndaşlıq hüququnun əhəmiyyətindən, üstünlüklərindən bəhs edib. O, deyib ki, respublikamızın sabitlik, əmin-amanlıq, insanların firavan, sülh içində yaşamasına böyük qayğı ilə yanaşan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə sevincini xalqımıza yaşadan ölkənin qalib vətəndaşı olmaq qürurvericidir.
Vüsal Hüseynov vətəndaşlığa qəbul edilmiş şəxslərin öz əməlləri və amalları ilə Azərbaycan dövlətinə layiqli vətəndaş olacaqlarına inandığını bildirib. Sonra vətəndaşlığa qəbul olunan 325 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq and içiblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb. Tədbirdən sonra Xidmət rəisi Vüsal Hüseynovun Azərbaycan vətəndaşlığına qəbul olunmuş şəhid və qazi ailələri ilə görüşü olub.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |