BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » ABŞ Etnik Anlaşma Fondunun prezidenti qəbul edilib

ABŞ Etnik Anlaşma Fondunun prezidenti qəbul edilib

2 dekabr 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul edib.

Görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirilib.

AZƏRTAC

скачать dle 10.4 UTF-8Forex для начинающих