BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » ABŞ-ın yəhudi və müsəlman icmalarının nüfuzlu nümayəndələri Konqresdə Azərbaycana dəstək günü keçiriblər

ABŞ-ın yəhudi və müsəlman icmalarının nüfuzlu nümayəndələri Konqresdə Azərbaycana dəstək günü keçiriblər

ABŞ-ın yəhudi və müsəlman icmalarının nüfuzlu nümayəndələri Konqresdə Azərbaycana dəstək günü keçiriblər

Vaşinqton, 18 mart, AZƏRTAC

Etnik Anlaşma Fondunun və onun prezidenti, ABŞ-ın yəhudi icmasının tanınmış üzvlərindən olan ravvin Mark Şnayerin təşəbbüsü ilə ABŞ yəhudi və müsəlman icmasının yüzədək nüfuzlu üzvündən ibarət qrup Konqresdə Azərbaycana dəstək gününün keçirilməsi məqsədilə Vaşinqtonda toplaşıb.

Tarixdə ilk dəfədir ki, bu kimi nüfuzlu qrup məhz Azərbaycanı dəstəkləmək məqsədilə ABŞ Konqresində görüşlər keçirib. Qrupa daxil olan tanınmış ictimai xadimlər arasında Şimali Amerika İslam Cəmiyyətinin milli direktoru Səyyid Syed və Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin Vaşinqton ofisinin direktoru Mohamed Elsanusi də olublar.

Tədbirdə çıxış edən qrupun təşəbbüskarı ravvin Mark Şnayer III Ümumdünya Mədəniyyətlərarası Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini xatırladıb və Bakıdan olduqca xoş təəssüratlarla qayıtdığını deyib. O, Azərbaycanın tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət səviyyəsi baxımından region və bütün dünya üçün nümunə olmasına bir daha əmin olduğunu bildirib. Azərbaycanda yəhudi icmasının vəziyyətinə toxunan ravvin ölkəmizin yəhudilərin və İsrailin əsl dostu olduğunun deyib. O, eyni zamanda, yəhudi və müsəlman icmalarının bir araya gələrək məhz Azərbaycanı dəstəkləmək üçün ABŞ qanunvericilərinə üz tutmalarının təsadüfi olmadığını qeyd etməklə bərabər, belə təşəbbüsün ümumiyyətlə tarixdə ilk dəfə olduğunu bildirib. M.Şnayer Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoqa dəstək və töhfəsini yüksək qiymətləndirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqinin ilk demokratik dövləti olduğunu və burada din, dil, milliyyət və ya cinsi mənsubiyyətə baxmayaraq, bütün vətəndaşların bərabər hüquqa malik olduğunu söyləyib, bu dəyərlərin Azərbaycan xalqı üçün dərin ənənəsindən söhbət açıb. Antisemitizm və islamofobiyaya gəldikdə, səfir Azərbaycanın bu iki bəlanı eyni dərəcədə qəbuledilməz hesab etdiyini, bu səbəbdən ölkə rəhbərliyi tərəfindən mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində səylərin davam etdirildiyini vurğulayıb. Bununla bağlı ölkəmizdə bir sıra beynəlxalq səviyyəli tədbirlərin təşkil olunduğunu xatırladaraq, bu siyasətin davam etdiriləcəyini söyləyib. Diplomat bütün bunların müasir dünyada qarşılaşdığımız radikallığa qarşı güclü silah olacağına inandığını deyib. O bildirib ki, müasir Azərbaycan müxtəlif mədəniyyət və dinlər arasında sülh və dostluq şəraitində birgəyaşayış baxımından nəyin mümkün ola biləcəyinin nümunəsidir və ölkəmizlə İsrail arasında münasibətlərin bu müstəvidə hamımızın uğurlu ola biləcəyimizi göstərir.

Şimali Amerika İslam Cəmiyyətinin milli direktoru Səyyid Syed Azərbaycanın müsəlman dünyasında da nümunəvi rolunu qeyd edərək, ölkəmizdə müxtəlif müsəlman təriqətləri arasında heç bir problem yaşanmadığını bildirib. O, Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoqa verilən töhfə və bu istiqamətdə fəaliyyətin dünyada sülhün bərqərar olmasına kömək etdiyini deyərək Azərbaycan kimi ölkələrin nümunəsinin antisemitizm və islamofobiyaya qarşı mübarizədə köməyindən söhbət açıb. Çıxışının sonunda o, bir amerikalı müsəlman olaraq Azərbaycan kimi ölkə ilə qürur duyduğunu deyib.

Həmin gün sözügedən qrup ABŞ Konqresində Azərbaycan günü çərçivəsində bir sıra nüfuzlu konqresmenlərlə görüşərək onlara ölkəmizin müstəsna önəmi barədə məlumat verib, respublikamızı dəstəkləməyə çağırıblar.

Qrupun üzvləri bildiriblər ki, görüşlər zamanı həm müsəlman, həm də yəhudi icmalarının məhz Azərbaycanı dəstəkləmək üçün bir araya gəlmələri konqresmenlərə çox müsbət təsir bağışlayıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri, Vaşinqton

скачать dle 10.4 UTF-8Forex для начинающих