BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Dünya Mədəniyyət Festivalında Azərbaycanı təmsil edib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Dünya Mədəniyyət Festivalında Azərbaycanı təmsil edib

Bakı, 16 mart, AZƏRTAC

Hindistanın Nyu-Dehli şəhərində martın 11-dən 13-dək Dünya Mədəniyyət Festivalı keçirilib. Festivalda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəxri qonaq qismində təmsil edən yeganə dövlət qurumu olub. Martın 16-da təşkil edilən tədbirdə BBMM-in analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu həmin səfərin nəticələri ilə bağlı iştirakçılara məlumat verib.

Şöbə müdiri Dünya Mədəniyyət Festivalının yaranması və fəaliyyəti haqqında danışıb. O deyib ki, 155 ölkədən 3 milyon yarım insanın qatıldığı, Hindistan dövlətinin diqqətində olan, ölkənin Baş naziri Narendra Modinin də iştirak etdiyi məşhur festival “Yaşamaq Sənəti” (“Art of Living”) humanitar təşkilatı tərəfindən hər beş ildən bir təşkil olunur. Bu təşkilat 1981-ci ildə Hindistanın tanınmış ruhani lideri, ictimai xadimi Sri Sri Ravi Şankar tərəfindən yaradılıb. Sri Sri Ravi Şankar gənc yaşlarında inzivaya çəkilib, bir müddət sonra hazırda dünyada məşhur olan Sudarşan Kri adlı düzgün tənəffüs texnikasını özündə ehtiva edən yoqa təlimini yaymağa başlayıb. Ruhani liderin fikrincə, düzgün tənəffüs vasitəsilə stresdən qurtulmaq və ali həqiqətə yetişmək mümkündür. Təşkilat Sri Sri Ravi Şankarın rəhbərliyi ilə dünyanın 150-dən artıq ölkəsində təbii və texnogen fəlakətlərdən, müharibə və terrordan əziyyət çəkən insanlara humanitar yardım göstərir. “Yaşamaq Sənəti” təşkilatı çoxmədəniyyətli Hindistanda Dünya Mədəniyyət Festivalını təşkil etməklə fərqli dinlərin, müxtəlif xalqların nümayəndələrini bir araya gətirərək, sülhü, barışı, multikulturalizmi, tolerantlığı, mərhəməti, sevgini təbliğ etmək məqsədi daşıyır.

Nəriman Qasımoğlu Sri Sri Ravi Şankarla söhbəti zamanı Azərbaycan multikulturalizmi modeli haqqında ona məlumat verib.

Tədbirdə festivalla bağlı videoçarx və fotoslayd nümayiş etdirilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих