Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və ABŞ-da Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayer arasında görüş keçirilmişdir.Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 28 iyun-1 iyul tarixində Nyu York şəhərinə səfəri çərçivəsində ABŞ-da Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayer ilə görüş keçirmişdir. Görüşdə Etnik Anlaşma Fondu ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunmuşdur. Rabbi Şnayer Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında imzalanmış müqaviləyə istinad edərək bildirmişdir ki, müqavilə çərçivəsində Anlaşma Fondu ABŞ konqresində ilk dəfə müsəlman və yəhudi icmalarını bir araya gətirərək Azərbaycanı multikultural model kimi göstərməyə nail olmuşdur. Əbülfəs Qarayev isə öz növbəsində Fondun fəaliyyətinin Azərbaycanda maraqla izlənildiyini və həmçinin ABŞ-da yaşayan müsəlman və yəhudi icmalarının Azərbaycanda yüzilliklər boyu mehriban birgə yaşama ənənələrinə malik olan müsəlman və yəhudi icmalarının təcrübəsindən faydalanmasının vacibliyini qeyd etdi. Rabbi Şnayer 2015-ci ilin may ayında Bakıda keçirilmiş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə keçirdiyi görüşü xatırladaraq Azərbaycanın dünyada gedən proseslər fonunda ekstremizmin, islamofobiyanın, ksenofobiyanın artmasının qarşısının alınmasında liderlik nümayiş etdirdiyini və bu tolerant mədəniyyətin ABŞ cəmiyyətində təbliğinə ehtiyac olduğunu diqqətə çatdırdı. Görüşün sonunda cənab Əbülfəs Qarayev və Rabbi Şnayer 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində birgə layihələrin həyata keçirilməsini, həmçinin yeni fəaliyyət planının hazırlanması barədə razıliğa gəldilər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |