BMTM-də birgə dəyirmi masa22 iyun 2023-cü il
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel iyunun 16-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Azərbaycan-Özbəkistan münasibətlərinə və Özbəkistanda növbədənkənar prezident seçkilərinə həsr olunan dəyirmi masanın işində iştirak edib. Tədbirdə BMTM-in İdarə Heyətinin Sədri Fərid Şəfiyev, Özbəkistan Respublikasının Xarici İşlər Nazirinin Müavini Bobur Usmanov, Özbəkistan Səfiri Bəhrom Aşrafxanov, diplomatik korpusun nümayəndələri, Azərbaycanın ekspertləri və ictimai xadimləri iştirak ediblər. Öz çıxışında Səfir A.Bayel Mərkəzi Asiya və Xəzər regionlarında baş verən müsbət dəyişiklikləri qeyd edib. Diplomat Türk dünyasının inkişafı ilə bağlı öz baxışını ortaya qoyub və BMTM ilə məhsuldar əməkdaşlığı davam etməyə hazır olduğunu bildirib.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |