BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Amerikalı jurnalistlər Şuşa və Qubada olublar

Amerikalı jurnalistlər Şuşa və Qubada olublar

3-4 avqust 2023-cü il

 

Azərbaycanın işğaldan azad edilmiş rayonlarına səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Şuşa şəhərində olub.

Modern.az xəbər verir ki, Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı amerikalı qonaqlara Azərbaycanın ən mühüm şəhərlərindən biri olan, Qafqazın musiqi mərkəzi hesab edilən Şuşanın yaranma tarixi, inkişafı, işğal illərində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandallarının şəhərdəki tarixi memarlıq, mədəni və dini abidələrini dağıtması, hazırda aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib və sualları cavablandırıb.

Nümayəndə heyəti “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Yuxarı Gövhərağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyarət edib. 

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

 

* * *

 

Amerikalı jurnalistlər Quba rayonuna səfər ediblər. Bu barədə ShimalNews 4 avqust tarixində Rayon İcra Hakimiyyətinə (RİH) istinadən məlumat verir.

Tədbirdə RİH başçısının müavini Səidə Abasova və Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən bir qrup jurnalist və media işçisi – Vüsalə Abbasova, Əfram Kosafi, Paola Vargas, Paolo Von Şiraç, Selcuk Acar və Kelvin Dark iştirak ediblər.

Səfər zamanı qonaqlar Qırmızı qəsəbə, buradakı sinaqoqlar, yəhudilərin Tarix-Etnoqrafiya Muzeyi ilə tanış olublar. Sonra “Soyqırım memorial kompleksi” ziyarət edilib.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих