BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

 

31 mart 2017

Dövlət İdarəçilik Akademiyasının (DİA) təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Akademiyanın Tələbə Gənclər Təşkilatının fəalları və fondun nəzdində yaradılan “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri Qubaya səfər ediblər.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, erməni millətçiləri tərəfindən 1918-ci il martın 31-də Azərbaycanın əksər bölgələrində törədilən soyqırımın 99-cu ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən gənclərə həmin dövrdə xalqımızın yaşadığı faciələr tarixi faktlar və əyani sübutlarla izah olunub.

Dövlət İdarəçilik Akademiyasının Humanitar və sosial məsələlər üzrə prorektoru Mehdi Abdullayev tələbələrə erməni millətçilərinin XX əsrin əvvəllərindən etibarən Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər barədə məlumat verərək bildirib ki, Şamaxı, Quba, Göyçay, Naxçıvan, Zəngəzur və İrəvan quberniyasının bütün qəzalarında Azərbaycan xalqına qarşı soyqırımı törədilib. Nəticədə yalnız 1918-ci ilin yaz-payız aylarında on minlərlə günahsız insan – Azərbaycan türkləri, ləzgilər, talışlar, dağ yəhudiləri, tatlar, kürdlər qətlə yetirilib.

Tələbə gənclər səfər çərçivəsində Qubanın Qırmızı qəsəbəsində yerləşən sinaqoqda və şəhərin mərkəzində fəaliyyət göstərən məsciddə olublar.  

скачать dle 10.4 UTF-8Forex для начинающих