Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb9 may 2024-cü il
Milli Hidrometeorologiya Xidmətinin mayın 9-na olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb. Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 5 santimetr olub. Düşən yağıntının miqdarı Qəbələdə 31, Kürdəmirdə 27, Cəfərxanda 19, Biləsuvar, İmişlidə 16, Neftçala, Şamaxıda 14, Qrız, Oğuzda 12, Lənkəranda 11,, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 millimetrədək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 millimetrədək olub. Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan Muxtar Respublikasında 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |