BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Sədaqət Kərimovanın müəllif günləri keçirilib

Sədaqət Kərimovanın müəllif günləri keçirilib

8 oktyabr 2024-cü il

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Qusardan olan yazar Sədaqət Kərimovanın müəllif günləri keçirilib.

Shimal.News xəbər verir ki, builki yubiley sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunub. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak ediblər.

P.S. Sərgi günlərində shahdagpeoples.az-ın nümayəndələri olaraq biz də Sədaqət xanımla görüşdük. Hələ 90-cı illərin əvvəllərindən respublikanın aparıcı qəzetlərinin aparıcı müxbiri kimi tanıdığımız Sədaqət Kərimovanın sonralar başçılıq etdiyi "Samur" qəzetindəki Şahdağ xalqlarına həsr olunmuş məqalələrində olan bəzi məqamlarla razılaşmadığımızı onun diqqətinə çatdırdıq. Yazdıqlarının hamısının sübutu olduğunu dedikdə, ona saytımız üçün də yazıb həmin sübutları bizim ziyarətçilərimizlə də bölüşməsini xahiş elədik. Bizə hazırda yalnız elektron formatda çıxan "Samur" qəzetinin kağız nüsxələrindən birini hədiyyə verən və bizi qəzetin redaksiyasına dəvət edən Sədaqət xanım xahişimizə əməl edəcəyini söylədi. İstedadlı həmyerlimizin, ustad jurnalistin sözünə əməl edəcəyinə tam inanır və məqaləsini gözləyirik.     

скачать dle 10.4 UTF-8Forex для начинающих