BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Eldəniz Səlimov: “Ermənistanı cəzalandırmaq zamanıdır”

Eldəniz Səlimov: “Ermənistanı cəzalandırmaq zamanıdır”

Eldəniz Səlimov: “Ermənistanı cəzalandırmaq zamanıdır”
Ermənistan ərazisində istifadəyə tam yararsız və böyük təhlükə mənbəyi olan “Metsamor” AES-in bağlanması, fəaliyyətinin dayandırılması üçün başladılan “Stop Metsamor” kampaniyasını çox müsbət və əhəmiyyətli hadisə hesab edirəm.
Hesab edirəm ki, ölkəmizin, bütövlükdə yerləşdiyimiz bölgənin, regionun təhlükəsiz gələcəyini düşünən hər bir insan, xüsusilə də, gələcəyimiz olan gənclər, gənclər təşkilatları bu kampaniyaya daha çox dəstək verməli, bu işdə daha çox fəallıq nümayiş etdirməlidirlər.

Bu fikirləri Gün.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkili bildirib ki, “Metsamor” AES nəinki ölkəmiz, bütövlükdə regionumuz və dünya üçün böyük təhlükə mənbəyidir.

“Amma çox əfsuslar olsun ki, işğalçı və təcavüzkar qonşumuz bu məsələdə də həyasızlıq, cığallıq, destruktivlik nümayiş etdirir. Hətta, Avropa İttifaqının adıçəkilən AES-in fəaliyyətinə xitam verilməsi ilə bağlı xəbərdarlıqlarını belə qulaqardına vurmaqla, öz çirkin niyyətlərini davam etdirməkdə, AES-in istifadə müddətini uzatmaq fikrindədir.

Deməli, bununla ölkəmiz, regionumuz daha on il də təhdid, təhlükə altında olacaq. Ancaq artıq Ermənistanı bu əməllərindən birdəfəlik çəkindirmək, hətta, yeri gələrsə, onu sərt cəzalandırmaq zamanıdır.

Bunun üçün də ilk növbədə nüfuzlu beynəlxalq qurumlar, dünyada təsir gücü yetərincə olan dövlətlər söz oyunbazlığını bir tərəfə qoyub bu məsələdə Ermənistana ciddi təzyiqlər göstərməli, təzyiq rıçaqlarını işə salmalıd və Ermənistanı “Metsamor” AES-i ləğv etməyə vadar etməlidirlər.

Əgər bunu etməsələr, sabah bölgədə yarana biləcək istənilən fəsadın, təhlükənin məsuliyyəti onların da çiyinləri üzərinə düşəcək. Odur ki, onlar bu məsələdə ardıcıl, qətiyyətli və barışmaz mövqe tutmalıdırlar.

Bu baxımdan, başladılan son kampaniyanı da çox yerində və zamanında olan bir aksiya hesab edirəm və hər kəsi də imkanları daxilində həmin kampaniyaya fəal dəstək verməyə dəvət edirəm” - deyə, o, sözlərinə əlavə edib.

Xatırladaq ki, bir qrup blogger tərəfindən Metsamor AES-in bağlanması tələbi ilə petisiya təşkil edilib. Petisiyaya qoşulmaq üçün bu linkə daxil olmaq lazımdır.

Kamil Həmzəoğlu
скачать dle 10.4 UTF-8Forex для начинающих