Xaçmazlı şəhid öz kəndində dəfn olundu
18 iyul 2025-ci il
31 il sonra kimliyi bilinən şəhid Xaçmazda dəfn edilib. "Unikal" xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və 31 il sonra şəxsiyyəti müəyyənləşdirilən Xaçmazlı şəhid Məzahir Kərimov doğulduğu Usta Cəlilli kəndində dəfn olunub. Şəhidin dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, müharibə veteranları və əlilləri, rayon sakinləri iştirak ediblər. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin ailə üzvlərinə təqdim edilib. ***12:12 Xaçmazda Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir "Unikal"ın məlumatına görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə ailə üzvlərinin yaşadığı Çarxı kəndində vida mərasimi keçirilir. Vida mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir. Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq. Qeyd edək ki, Məzahir Kərimov 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb. Asiman Qaraca
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |















