Birinci Qarabağ şəhidi dəfn edilib7 may 2024-cü il
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Elşad Şirin oğlu Qayımovla Xaçmaz rayonunun Hacıqurbanoba kəndində keçirilən vida mərasimindən sonra o, Şahdağ xalqlarından olan qrızlıların yaşadığı Hacıqurbanoba kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, Xaçmaz Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən Elşad Qayımov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.
"Bizim media"dan özəl faktlar: Beyləqanda sümükləri tapılan Birinci Qarabağ şəhidi Elşad Şirin oğlu Qayımovun mərhum valideynləri özləri bilmədən şəhid oğullarının məzarını ziyarət ediblər. Bu özəl açıqlamanı Bizim.Media-ya Xaçmaz rayon İcra hakimiyyətinin Vətən Müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Fərzəliyev açıqlayıb.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |