Ölümündən sonra 4 medalla təltif olundu
9 fevral 2021-ci il
Şəhid Cəlil Məmmədov Fizuli cəbhəsindən Şuşayadək qızğın döyüşlərin iştirakçısıdır. 21 yaşlı qəhrəman noyabrın 8-i Şuşa uğrunda həlledici döyüşdə şəhidlik zirvəsinə ucalıb. Cəlil ölümündən sonra Fizulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə və Vətən Uğrunda medalları ilə təltif edilib. Cəlil Məmmədov 1999-cu ildə Qubanın Qonaqkənd qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi və Quba Sosial-İqtisadi kollecini müvəffəqiyyətlə başa vurub. Əsgərlikdən qayıtdıqdan sonra ali məktəbə qəbul olmağı arzuluyurdu. Cəlil evin böyük oğlu idi. Onun iki kiçik qardaşı var. Şəhidin atası Qəhrəman Məmmədov: - Füzuli döyüşlərindən başlayaraq ta Şuşayadək döyüşlərdə iştirak edib. Müharibənin bitməsinə bir neçə saat qalmış yaralı komandirini atəş altından çıxararkən şəhid olub. Şəhidin anası Məkan Məmmədova: - Füzulidə, Xocavənddə döyüşdü, Şuşada şəhid oldu. Savadlı idi, təhdsilini ali məktəbdə davam etdirməyi, müəllim olmağı istəyirdi. Arzuları, məqsədləri çox idi, hamısı yarıda qaldı. Şəhidin qardaşı İntiqam Məmmədov: - Həmin bizə yaxşı oxumağı məsləhət görürdü. Əsgərliyə ikimizi də çağırmışdılar, sonra onu apardılar, mən qaldım. Deyirdi ki, eybi yox, mən torpaqlarımızı alıb qayıdaram. Şəhidin babası Ramiz Novruzəliyev: - O həmişə fərqlənirdi, məktəbdə də, kollecdə də. Həmişə onun xoş xəbərlərini eşidirdik. Cəlil 2020-ci il noyabrın 12-də Qon aqkənd qəsəbə qəbiristanlığında dəfn olunub. Vətən müharibəsində bu qəsəbənin üç qəhrəman oğlu şəhid olub. Allah rəhmət eləsin! |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |