Şəhidlik zirvəsinə ucalan qorxmaz kəşfiyyatçı
1 fevral 2021-ci il
Tamerlan Səfərov Vətən müharibəsinin ilk günündən şimal cəbhəsində döyüşlərə başlayıb. Düşmənin canlı qüvvəsinin və atış nöqtələrinin məhv edilməsində xüsusi xidmətləri olub. Oktyabrın 1-də Talış kəndi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalıb. Tamerlan 2001-ci ildə Qubanın Səbətlər kəndində dünyaya göz açıb. Hələ məktəb illərindən hərb sahəsinə böyük marağı olub. 2019-cu ildə əsgərliyini başa vurduqdan sonra hərbi xidmətdə qalaraq qorxmaz kəşfiyyatçı kimi Vətənə qulluq edib. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |